.

Məram “Həyata həyəcan və əyləncə qat...”

Missiya Beynəlxalq şans oyunları və mərc bazarının qaydalarına uyğun olaraq şans və mərc oyunları bazarında etibarlı, asan əldə olunan və məşhur oyunlar təqdim etməklə, oyunçular, dilerlər, səhmdarlar və işçilərin, eləcə də dövlət və qurumların qazanc əldə etmələrini təmin etmək!

Ümumi məlumat “Azerinteltek” QSC Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilmişdir. “Azərinteltek” QSC-nin ticarət nişanı olan “TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başladı. “TOPAZ” 2013-ci ildə tazı yarışı oyunlarına start verməklə yanaşı, “Azərlotereya” ASC-nin lotereya məhsullarının satışına başladı. “TOPAZ” markası 2012-ci ildən etibarən Azərbaycan Premyer Liqasının sponsorudur. Bundan başqa, hazırda bütün Azərbaycan üzrə “TOPAZ”-ın təxminən 500 eksklüziv satış agenti var.

Rəhbər heyət

• Eren Eygi - Baş menecer

• İrfan Ünver – Baş menecer müavini - Maliyyə üzrə menecer

• Ənvər Hüseynov – Satış və marketinq üzrə menecer

• Mustafa Önder - Texniki xidmət / dəstək və İT üzrə menecer

• Fəxri Qurbanov - İnsan resursları və inzibati işlər üzrə menecer

• Elşən Salamov - Hüquq məsələləri üzrə menecer