5/36 lotereyasının qaydaları

 “5/36” lotereya biletləriniTopaz satış məntəqələrindən  əldə etmək olar. Bir variantın qiyməti 0.20 manat müəyyən olunmuşdur. Bir biletin minimal qiyməti 1 manat (5 variant) müəyyən olunmuşdur.

Biletlər terminallar vasitəsilə şifahi deməklə və yaxud kuponda  nömrələri qeyd etməklə əldə edilir.Iştirakcı rəqəmləri seçə və ya təsadüfi seçim edə bilər.

Kupon:

Bilet:

Lototrona  1-dən  36-dək  işarələnmiş  şarlar  (çəllək) yerləşdirilir.Şarlar qarışdırılır və  təsadüf prinsipinə əsasən  5 (beş) ədəd şar (çəllək) çıxarılır.Çıxarılmış 5 (beş) şarın (çəllək) nömrələri lotereya biletində əks olunan sətrdəki nömrələrin 5(beş) -i,  4(dörd) -ü   və 3(üç)-ü   ilə uyğun gələrsə bilet uduşlu sayılır. Yalnız 5(beş) nömrəsi uyğun gələn variant “Cek Pot” oyununda iştirak edir.

  • I –ci kateqoriya   → 5 (beş) rəqəm uyğun gələn biletlər uduş fondunun 15 – 35 %-ni qazanır  
  • II – ci kateqoriya → 4 (dörd) rəqəm uyğun gələn biletlər uduş fondunun 15 – 35 %-ni qazanır
  • III – cü kateqoriya → 3 (üç) rəqəm uyğun gələn biletlər uduş fondunun 30 – 70% - ni qazanır

“Cek Pot” un oynanılması qaydası

  • Yalnız 5(beş) nömrəsi uyğun gələn variant “Cek Pot” oyununda iştirak edir.  “Cek Pot”    5(beş) rəqəm  udulduğu halda oynanılır  və yalnız 5(beş) rəqəmləri uyğun gələn variantlar “Cek Pot” un oynanılmasında iştirak edir.  1-dən 36-dək işarələnmiş  şarlar (çəllək) yenidən lototrona daxil edilir, qarışdırılır və 1 (bir) ədəd şar (çəllək) çıxarılır. 
  • Çıxarılmış şarın (çəllək) nömrəsi “Cek Pot” un oynanılmasında iştirak edən  variantın nömrələrinin 1(bir)-i ilə uyğun gələrsə “Cek Pot” udulmuş hesab olunur.

“Cek Pot”u udan variant yalnız “Cek Pot”un məbləğinə sahib olur.

TƏSADÜFİ RƏQƏM GENERASİYASI

{[{main_index = $index;$index + 1}]}