6/40 lotereyasının qaydaları

 “6/40” lotereya biletlərini Topaz satış məntəqələrindən əldə etmək olar. Bir variantın qiyməti 0.25 manat müəyyən olunmuşdur. Bir biletin minimal qiyməti 1 manat (4 variant) müəyyən olunmuşdur.

 

Biletlər terminallar vasitəsilə şifahi deməklə və yaxud kuponda  nömrələri qeyd etməklə əldə edilir.Iştirakcı rəqəmləri seçə və ya təsadüfi seçim edə bilər.

Kupon:

 Bilet:

Lototrona  1-dən  40-dək  işarələnmiş  şarlar  (çəllək) yerləşdirilir. Şarlar qarışdırılır və  təsadüf prinsipinə əsasən  6 (altı) ədəd şar (çəllək) çıxarılır. Çıxarılmış 6 (altı) şarın (çəllək) nömrələri lotereya biletindəki variantın nömrələrinin 6(altı)-sı,  5(beş) -i,  4(dörd) -ü   və 3(üç)-ü   ilə uyğun gələrsə bilet uduşlu sayılır. 

I kateqoriya  →       6 (altı) rəqəm uyğun gələn biletlər “Cek Pot”a sahib olur

II kateqoriya →    5 (beş) rəqəm uyğun gələn biletlər uduş fondunun 5 – 15 %-ni qazanır

III kateqoriya →      4 (dörd) rəqəm uyğun gələn biletlər uduş fondunun 20 – 40 %-ni qazanır

IV kateqoriya  →    3 (üç) rəqəm uyğun gələn biletlər uduş fondunun 40 – 60% - ni qazanır

“Cek Pot”u udan variant yalnız “Cek Pot”un məbləğinə sahib olur.

TƏSADÜFİ RƏQƏM GENERASİYASI

{[{main_index = $index;$index + 1}]}