Tazı və At Yarışlarında “Pulsuz Dəqiqələr” Kampaniya Qaydaları

Kampaniya "Azerinteltek" QSC tərəfindən müddətli (bonus dəqiqələr bitənə qədər) olaraq həyata keçirilir. Kampaniyada iştirak edən oyunçular cəmi 550.000.00(beş yüz əlli min)pulsuz dəqiqə veriləcəkdir. Bu pulsuz dəqiqələr bitdikdə kampaniya da bitmiş hesab olunur və kampaniyada iştirak edən hər bir oyunçu pulsuz dəqiqələrin bitməsindən sonra “Azərintletek” QSC-yə qarşı hər hansı bir tələbinin olmayacağını qəbul edir. Azərinteltek Qapalı Səhmdar Cəmiyyəti bu kampaniyanın keçirilməsini birtərəfli qərarı ilə istənilən an dayandıra, şərtlərini dəyişdirə bilər. Bu kampaniyada iştirak edən hər bir iştirakçı qaydalarla tanış olduğunu və kampaniyanın bütün şərtlərilə razılaşdığını qəbul edir.
Oyunun şərtləri:
İştirakçı “Topaz” məntəqəsində oynadığı və qalib qəlmədiyi Tazı və At Yarışları biletinin üzərində qeyd olunan 55 rəqəmli kodun ilk 30 rəqəmi “5600” qısa nömrəsinə göndərərək balansına pulsuz danışıq dəqiqələri əlavə etmiş olacaqdır. 
Biletin məbləği (AZN)

Göndərilmiş SMS-dən sonra qısa müddət ərzində iştirakçının nömrəsinə tələbin qeydə alınması barədə geri dönüş olacaqdır. Qeydə alinmış kodda hər hansı bir problem yaşanmadığı təqdirdə növbəti gün ərzində iştirakçının balansına hədiyyə dəqiqələr yüklənəcəkdir.
Pulsuz dəqiqələr iştirakçının oynadığı məbləğə uyğun olaraq göndəriləcəkdir
Maksimal qazanıla bilinəcək dəqiqə 39-dur. (Yəni oyunçu 30 manatlıq mərc etsə belə 39 dəqiqə hədiyyə qazanacaqdır) Bakcell abunəçiləri üçün gündəlik limit 200 dəqiqədir.
Bu kampaniyada bütün  “Bakcell” nömrələri və “Azercell” Sim-Sim nömrələri iştirak edə bilər(“Azercell” abunə və ya tarif xətli nömrələr bu aksiyadan pulsuz dəqiqə əldə edə bilməyəcəklər).
Qısa nömrəyə SMS göndərilməsi pulsuzdur.
Balansa əlavə olunmuş pulsuz dəqiqələrdən “Azercell” abunəçiləri bir ay ərzində, Bakcell abunəçiləri isə 3 gün müddətində istifadə edə bilər.
Kampaniyada 18 yaşından kiçik şəxslərin iştirakı qadağandır.
Kampaniya qaydaları haqqında ətraflı məlumat (012) 926 nömrəli qaynar xətdən və www.topaz.az web səhifəsindən əldə oluna bilər

http://topaz.az/media/core/file_content/Qaydalar2.pdf

 


 

 

Tazı və At Yarışlarında “Pulsuz Dəqiqələr” Kampaniya Qaydaları