“TFC SUPER LİQA” – Sükanı TFC ilə saxla!
“Topaz” Fan Club sizləri ilin ən böyük yarışmasına dəvət edir – TFC SUPER LİQA!
Bu xüsusi kampaniya çərçivəsində 2025-ci il ərzində hər ay 1 avtomobil və minlərlə TPZ bonusları qazanmaq fürsətiniz olacaq. Hər ay xallar sıfırlanır və növbəti avtomobl üçün mübarizə yenidən başlayır. Üstəlik ilin sonunda cari il ərzində oyunçuların topladığı xallar əsasında ən yüksək nəticəni göstərən, yəni il ərzində toplam ən yüksək xal yığan oyunçuya “sürpriz” avtomobil hədiyyə olunacaq.
Kampaniyada iştirak etmək üçün yalnız “Topaz Fan Club” mobil tətbiqində hər ayın ilk günündən növbəti ayın ilk gününədək (məsələn, 1 Noyabr 2025, saat 00:00:00-dan 30 Noyabr 2025, saat 23:59:59-a qədər) mərc etmək və xal toplamaq tələb olunur.
Xallar növbəti ayın ilk gününədək nəticələnmiş “uduşlu” və ya “kuponu sat” statuslu biletlər üçün hesablanacaq. Əlavə xalların hesablanması və ümumi sıralamanın yenilənməsi isə hər ayın 2-ci təqvim gününə qədər tamamlanacaq. Liqa cədvəlində xal sıralaması biletlər nəticələndikdən sonra maksimum 24 saat ərzində yenilənəcəkdir.
Qaydalar çox sadədir:
Kampaniyada yalnız əmsalı 2.00 və ya daha yüksək olan Təkli, Ekspress və Sistem mərc biletləri iştirak edir. Yalnız “uduşlu” və ya “kuponu sat” statuslu biletlər iştirak edəcək.
Hər ayın qalibləri üçün mükafat siyahısı:
🥇 1-ci yer: Changan CS 35 plus avtomobili – 1 ədəd (Növbəti aylar üçün dəyişiklik oluna bilər)
🥈 2-30-cu yerlər: TPZ bonus mükafatları:
Liqada xalların hesablanma qaydası aşağıdakı kimidir:
(Mümkün uduş məbləği - Mərc məbləği) × Əmsala görə təyin olunan PRO XALLAR.
Əmsala görə təyin olunan PRO XALLAR aşağıdakı kimidir:
• 2.00 – 5.00 əmsal: (Mümkün uduş məbləği - Mərc məbləği) × 1
• 5.01 – 10.00 əmsal: (Mümkün uduş məbləği - Mərc məbləği) × 2
• 10.01 – 20.00 əmsal: (Mümkün uduş məbləği - Mərc məbləği) × 3
• 20.01 – 50.00 əmsal: (Mümkün uduş məbləği - Mərc məbləği) × 5
• 50.01 və daha yuxarı əmsallar: (Mümkün uduş məbləği - Mərc məbləği) × 10
Biletlərə görə hesablanma nümunələri:
1 - Təkli bilet:
Nümunə 1: Oyunçu 2.20 əmsalla 100 AZN mərc edib və bilet uduşlu olub. Xal hesablaması aşağıda qeyd olunan kimi olacaq:
(220 – 100) × 1 = 120 xal.
(Yekun əmsal 2.00 – 5.00 aralığında olduğu üçün fərq 1-ə vurulur.)
2 - Ekspress bilet:
Nümunə 3: Oyunçu 3 mərcdən ibarət biletlə 10 AZN mərc edib və yekun əmsal 22.00 olub. Xal hesablaması belə olacaq:
(220 – 10) × 5 = 1050 xal.
(Yekun əmsal 20.01 – 50.00 aralığında olduğu üçün fərq 5-ə vurulur.)
3 - Sistem bilet:
Nümunə 4: Oyunçu 3 mərcdən ibarət bilet oynayıb (2/3 sistemi ilə) və yekun mərc məbləği 9 AZN olub. Biletin tərkibindəki oyunların əmsalları 5.00, 3.50 və 3.00, mümkün uduş isə 129 AZN-dir. Biletin uduşlu əmsalları 5.00 və 3.50 olduqda, bu halda xal hesablaması belə olacaq:
“Mümkün uduş məbləği” = 3 AZN × 5.00 × 3.50 = 52.50 AZN
Xal hesablaması belə olacaq:
(52.50 – 9) × 3 = 130.5 xal.
(Yekun əmsal 10.01 – 20.00 aralığında olduğu üçün fərq 3-ə vurulur.)
Super liqada xal hesablanma qaydalarındakı əsas yenilik mərc məbləğinə görə “SUPER XALLAR”-lardır!
Aşağıdakı cədvəldə oyunçunun ay ərzində aktiv mərc günlərinin sayı və gündəlik mərc məbləğinə görə SUPER xallarının verilmə qaydası təqdim olunur. Əlavə olaraq qeyd edək ki, 20-25 və ya ayın hər günü aktivlik anlayışı yalnız biletlərin minimum 2.00 əmsal olması şərti ilə nəzərə alınacaqdır. Məsələn: 1.50 əmsala mərc edilmiş biletlər aktivlik üçün qəbul olunmayacaqdır. Əmsal şərti ödəndikdən sonra biletin uduşlu və ya uduşsuz olarsa aktiv gün yaradır!
Mərc məbləğinə görə SUPER xalların hesablanma qaydası ilə tanış olun:
Aktiv mərc günləri / Ay | 1 – 50 AZN | 51 – 200 AZN | 200+ AZN |
20 gün / Ay | Ümumi xalın 5%-i | Ümumi xalın 7%-i | Ümumi xalın 10%-i |
25 gün / Ay | Ümumi xalın 12%-i | Ümumi xalın 15%-i | Ümumi xalın 20%-i |
Ayın hər günü | Ümumi xalın 22%-i | Ümumi xalın 25%-i | Ümumi xalın 30%-i |
Qeyd: Oyunçunun aylıq mərc aktivliyi eyni zamanda bir neçə şərti ödəyərsə, ən yüksək xal hesablanan şərt tətbiq olunacaq.
Misal:
Oyunçu ay ərzində 25 gün aktiv mərc edib:
Bu halda, oyunçu üçün ən yüksək xal hesablanan şərt “Ümumi xalın 12%-i” olacaq.
Əlavə Qaydalar:
• Qaliblərə hədiyyələr təqdim edilərkən onlardan şəxsiyyətini təsdiq edən müvafiq sənəd tələb ediləcəkdir. Operator avtomobillərin qalibi olmuş iştirakçılardan “TFC” hesabının bağlı olduğu mobil nömrələrin onların adına olmasına dair müvafiq mobil operatordan təsdiqləyici sənədin təqdim edilməsini tələb edə bilər.
• Əgər eyni iştirakçı bir neçə ay ərzində avtomobil mükafatını qazanarsa, ilk avtomobili əldə etdikdən sonra digər avtomobillər onun seçimi ilə pul mükafatı ilə əvəzləşdirilə bilər.
• Operator yarışın gedişində şərtləri istənilən qaydada dəyişmək hüququna malikdir. (Misal üçün avtomobilin rəngi dəyişə bilər)
• Operatorun istənilən vaxt və istənilən səbəbdən yarışı dayandırmaq hüququ vardır. Bu halda iştirakçıların hər hansı bir mükafat tələb etmək hüququ yoxdur.
• Mərc bileti tərkibindəki hər hansı bir oyun təxirə gedərsə və ya digər səbəblərdən əmsal 1 olaraq dəyərləndirilərsə, bu halda mərc biletinin üzərindəki “Mümkün uduş məbləği” dəyişə bilər.
• TPZ ilə oynanılan biletlər yarışmada iştirak etməyəcək.
• Xal fərqi 0 və ya 0-dan kiçik olduqda xal hesablanmayacaq.
• Eyni sayda xal toplayan iştirakçılar arasında az mərc bileti ilə bu xalı toplamış iştirakçı üstün tutulacaq. Əgər bu cür mərc biletlərinin sayı da eyni olarsa, ən yüksək əmsalla uduş əldə etmiş iştirakçı yuxarı sırada yer alacaqdır.
• Kampaniyada yalnız “Topaz Fan Club” mobil tətbiqində qeydiyyatdan keçmiş və 18 yaşını tamamlamış şəxslər iştirak edə bilərlər.
• İştirakçının TFC-də yalnız bir hesabla kampaniyada iştirak etməsinə icazə verilir.
• Operator, iştirakçının TFC-də kampaniyada iştirakına imkan verən birdən çox hesabının olduğunu müəyyən edərsə, həmin iştirakçını yarışmadan kənarlaşdırmaq və ya ona hədiyyə verməkdən imtina etmək hüququna malikdir.
• Şirkət kampaniya qaliblərinin adlarını və hədiyyələrini açıqlamaq və bu məqsədlə foto və video çəkilişlər etmək hüququna malikdir.
• Operatorun işçiləri və agentlərinin kampaniyada iştirakı qadağandır.
• Qalib iştirakçı öz hədiyyəsini Kampaniyanın keçirilmə müddəti bitdikdən sonra 2 (iki) ay ərzində götürmədikdə və ya ondan imtina etdikdə, hədiyyə tələb olunmamış hesab edilir və Operatorun mülkiyyətində qalır.
• Hədiyyələr kampaniya bitdikdən sonra 15 iş günü ərzində təqdim ediləcək. Kampaniyanın nəticələri barədə məlumat isə 5 (beş) iş günü ərzində şirkətin rəsmi veb saytında (topaz.az) yerləşdiriləcəkdir.
- Kampaniyadan hər hansı sui-istifadə hallarına yol verilmir.
- Topaz Fan Club kampaniyanın şərtlərini dəyişmək və ya istənilən zaman ləğv etmək hüququnu özündə saxlayır.
TFC Super Liqa - Hər ay 1 avtomobil və minlərlə TPZ bonusları!
VÖEN:1501570771