Altını Vur! – Təxmin Oyunu
İstifadəçilərə
hər həftə 6 futbol oyununun dəqiq hesabını (correct score) təxmin etmə imkanı
verən, pulsuz oynanan, yüksək mükafatlı təxmin oyundur.
6 oyunun dəqiq hesabını təxmin edən 250,000 AZN mükafat qazanır. Eyni turda bir neçə qalib olarsa, mükafat qaliblər arasında bərabər bölünəcək.
· Bütün istifadəçilər iştirak edə biləcək (Operator tərəfindən ban edilənlər iştirak edə bilməz)
· Həmin tur üçün hər bir istifadəçi yalnız 1 dəfə (1 biletlə) iştirak edə bilər. Təsdiq edilən təxminlər dəyişdirilə bilməz.
· Təxminlər siyahı üzrə ilk oyunun başlama vaxtına qədər daxil edilməlidir. İlk oyun başladıqdan sonra təxmin etmək mümkün olmayacaq.
· Yalnız 6 oyunun hər birinin dəqiq hesab təxminləri doğru olduqda 250 000 AZN udulmuş sayılır.
6 oyundan biri təxirə salınıbsa, necə hesablanacaq? - belə olduğu halda bu bilet üzrə yalnız xal hesablanması aparılacaq. Bu hal 250 000 AZN mükafat üçün uduşlu sayılmır.
Bununla yanaşı oyunçularda marağın davam etdirilməsi üçün əlavə olaraq müxtəlif təxminlərə də xal təyin edərək alternativ mükafatlar düşündük. Misal üçün,
Xal Sistemi və Xüsusi Təkliflər:
Oyunçular təxminləri üzrə topladıqları toplam xalları görəcək. Bu xallara isə xüsusi təklif veriləcək. Məsələn "Topladığın xal qədər depozit et, həmin qədər də TPZ bonusu qazan"
Nümunə: Oyunçu tur sonunda 60 xal toplayıbsa, bu halda 60 TPZ bonusunu qazanmaq şansı əldə edir. Bunun üçün 60 AZN depozit etməlidir.
Qeyd: Oyunçu topladığı xal qədər depozit etdiyi halda bu təklif keçərlidir. Ümumilikdə bu bonus təklifi yalnız həmin tur üçün 1(bir) dəfə keçərli olacaq və bu bonusdan yararlanmaq üçün növbəti tur başlayana qədər depozit olunmalıdır.
Əlavə qeyd: Müvafiq turda hər oyun üçün yalnız ən yüksək xal hesablanır. Məsələn, əgər oyunçu bir oyunun dəqiq hesabını (Correct Score) düzgün tapsa, yalnız 20 xal alır. Əlavə olaraq həmin oyun üçün digər xallar (Toplam Qol - 10, Qol Fərqi - 5, Ev qol sayı - 5, Qonaq qol sayı - 5, Oyun nəticəsi - 3) əlavə edilmir. Tur ərzindəki toplam xal həmin turun daxilindəki hər oyuna görə toplanmış xallar əsasında formalaşır.
Alternativ mükafatlar:
· 5 oyunun dəqiq hesabını tapan: 25,000 TPZ
· 4 oyunun dəqiq hesabını tapan: 10,000 TPZ
Bu mükafatlar həftəlik xal cədvəlindəki yerindən asılı olmayaraq təqdim edilir.
· Hər tur üçün mükafatlandırma yalnız bir dəfə həyata keçirilir.
· Tur bitdikdən sonra qaliblərə mükafat təqdim olunur və həmin tura dair proses yekunlaşmış hesab olunur.
· Əlavə xal hesablanmır və xal bir turdan digərinə daşınmır.
· İstifadəçi eyni turda bir neçə şərti ödəsə belə, yalnız ən yüksək mükafata uyğun nəticə nəzərə alınır və bir dəfə verilir.
· Mükafatların hər biri üzrə bir neçə qalib olduğu halda mükafat həmin qaliblər arasında bərabər bölünəcək.
VÖEN:1501570771