Altını Vur! – Təxmin Oyunu
6 oyunun dəqiq hesabını təxmin edən
250,000 AZN, 5 dəqiq hesabı düzgün təxmin edən 25.000 TPZ mükafat qazanır. Eyni
turda bir neçə qalib olarsa, mükafat qaliblər arasında bərabər bölünəcək.
· Bütün istifadəçilər iştirak edə biləcək
(Operator tərəfindən ban edilənlər iştirak edə bilməz)
· Həmin tur üçün hər bir istifadəçi
yalnız 1 dəfə (1 biletlə) iştirak edə bilər. Təsdiq edilən təxminlər dəyişdirilə
bilməz.
· Təxminlər siyahı üzrə ilk oyunun
başlama vaxtına qədər daxil edilməlidir. İlk oyun başladıqdan sonra təxmin etmək
mümkün olmayacaq.
· Yalnız 6 oyunun hər birinin dəqiq
hesab təxminləri doğru olduqda 250 000 AZN udulmuş sayılır.
6 oyundan biri təxirə salınıbsa,
necə hesablanacaq? - belə olduğu halda bu bilet üzrə
yalnız xal hesablanması aparılacaq. Bu hal 250 000 AZN mükafat üçün uduşlu
sayılmır.
Bununla yanaşı oyunçularda marağın
davam etdirilməsi üçün əlavə olaraq aylıq sıralamaya əsasən ilk 300 yerin
sahibinə də alternativ mükafatlar düşündük.
Alternativ mükafatlar:
"Altını Vur!" kampaniyası ilə
bağlı aylıq mükafatlandırma aşağıdakı formatda olacaq.
1. Aylıq cədvəldəki xallar həmin ay ərzində
nəticələndirilmiş turlardakı xalların cəmi əsasında formalaşacaq. (Yəni hansısa
tur ayın 30-u yaradılıb, amma növbəti ayda nəticələnəcəksə, o zaman xal növbəti
ay üçün hesablanacaq).
2. Xallar aşağıdakı formada təklif
edilir:
- Dəqiq hesab - 20
- Toplam qol - 10
- Qol fərqi - 7
- Qonaq komanda qol sayı - 6
- Ev komanda qol sayı - 5
- Oyun nəticəsi - 4
3. Ay ərzində ilk 300 yerin sahibi
mükafat qazanacaq. 1, 2, 3, 4, 5 ... 300 ardıcıllığı ilə gedəcək və eyni xalı
toplayanlar arasındakı sıralama məntiqi ən çox dəqiq hesab, sonra ən çox toplam
qol və s. kimi ardıcıllıqla hesablanıb təyin ediləcək.
4. Mükafat fondu isə aşağıdakı kimidir:
1-ci yer – 1000 TPZ
2-ci yer – 500 TPZ
3-cü yer – 300 TPZ
4-5-ci yerlər – 200 TPZ
6-10-cu yerlər – 100 TPZ
11-50-ci yerlər – 50 TPZ
51-100-cü yerlər – 30 TPZ
101-150-ci yerlər – 20 TPZ
151-200-cü yerlər -10 TPZ
200-300-cü yerlər – 5 TPZ
Qeyd: Həftəlik
qalib olan şəxslər də (5 və ya 6 dəqiq hesab tapan) aylıq mükafatlandırmada
iştirak edəcəklər.
1.3. Mükafatlandırma Qaydaları
· Hər tur üçün xallar yalnız bir dəfə hesablanır.
· Ay bitdikdən sonra qaliblərə mükafat
təqdim olunur və həmin aya dair proses yekunlaşmış hesab olunur.
· Hər turda hesablanan xallar toplanır
və bir aydan digərinə daşınmır.
· İstifadəçi eyni turda bir neçə şərti
ödəsə belə, yalnız ən yüksək mükafata uyğun nəticə nəzərə alınır.
· Mükafatların hər biri üzrə bir neçə
qalib olduğu halda mükafat həmin qaliblər arasında bərabər bölünəcək.
VÖEN:1501570771