1x2 nədir?
1X2 Topazın dinamik yeni məhsuludur. 1X2 məhsulu oyun nəticələrini
düzgün təxmin edərək cekpot və ya hovuz məbləğini qazanmaq mübarizəsidir.
Tur nədir?
1X2 oyununda hər bir məhsul (TOP10, Şanslı13, Super15) həftəlik
olaraq tur şəklində oynanılır. Tur öncədən təyin olunmuş tarix aralığında
oynanılan oyunlar üçün mərcin keçirilmə formasıdır.
Necə oynanılır?
Siz Topaz Fan Club mobil tətbiqində aktiv olan turları görə və hesab
yaradaraq müvafiq tura daxil olan oyunları seçə bilərsiniz. Əgər ev sahibi
komandanın qazanacağına inanırsınızsa 1 qutusunu işarələyin. Əgər oyunun
heç-heçə bitəcəyini düşünürsünüzsə X qutusunu, yox qonaq komanda qazanacaq
deyirsinizsə 2 qutusunu işarələyin. Daha sonra mərc məbləğini ödəyərək mərc
oyununda iĹźtirak etmiĹź olursunuz.
Cekpot məbləği nədir?
Əgər siz turda verilən bütün oyunları düz təxmin etsəniz,
tur üçün öncədən təyin olunmuş böyük mükafatı qazanacaqsınız. Bir neçə oyunçu
bütün oyunları düz təxmin edərsə, cekpot məbləği oyunçular arasında bərabər
bölünəcək. Mükafatın məbləği bir turda qazanılmadığı halda, növbəti turda
oynanılır və qazanılanadək növbəti turlara ötürələcəkdir.
1 oyun təxirə gedərsə Cekpot qazanılırmı?
Xeyr, əgər 10, 13, 15 oyundan 1 oyun təxirə gedibsə bu zaman
Cekpot məbləği qazanılmır.
Hovuz məbləği nədir?
Oyunçular tərəfindən edilən mərclərə əsasən yığılan uduş məbləğidir.
Turun nəticələrinə görə ən çox düzgün oyun proqnoz etmiş iştirakçı qalib
sayılır və hovuz məbləğini qazanır. Hovuz məbləği eyni anda ən çox bərabər
sayda düzgün proqnoz tapan oyunçular arasında bölünür.
Minimum mərc məbləği nə qədərdir?
Minimum mərc məbləği şərti olaraq 0.50 AZN-dir. Minimum mərc
məbləği məhsula görə dəyişə bilər. Bundan əlavə, heç bir məhdudiyyət qoyulmadan
siz istənilən oyunda həm üfüqi, həm də şaquli istiqamətdə bütün sütunları
doldura bilərsiniz. Bu zaman mərc məbləği müvafiq olaraq dəyişəcəkdir.
Maximum uduş məbləği?
Maximum uduş məbləği hovuza yığılan məbləğə bərabərdir.
Cekpot məbləği bura daxil deyildir. Cekpot məbləği Topaz tərəfindən təqdim
olunur.
Çoxvariantlı mərc nədir?
Siz bir oyun üçün bir neçə xananı işarələyərək çoxvariantlı
mərc edə bilərsiniz.
Uduş necə əldə olunur?
Uduş məbləğini birbaşa mobil tətbiqdən əldə edə bilərsiniz.
Misli nədir?
Əgər siz bir neçə qazananlar siyahısında öz uduş məbləğinizi
artırmaq istəyirsinizsə, 1-10 aralığnda misli seçərək öz hovuz və ya cekpot
qazancınızı artıra bilərsiniz. Necə? Hovuz və ya Cekpot məbləği birdən çox
oyunçu tərəfindən qazanıldığı halda, uduş məbləği misli saylarının cəminə bölünərək
hər oyunçuya müvafiq misli ilə təqdim olunur.
Məsələn, 10 000AZN hovuz məbləği üçün siz 2X seçərək, başqa
bir oyunçu 1X, daha başqa bir oyunçu isə 1X seçərək qalib olmuşdur. Bu zaman 10
000 AZN 4-ə (2X+1X+1X) bölünür və uduş hər oyunçunun misli nisbətinə vurularaq
təqdim edilir. Yəni bu halda siz (10 000/4)*2= 5000AZN, digər 1X misli seçən
oyunçuların hər biri isə (10 000/4)*1= 2 500AZN qazanır. Qeyd: Bu zaman mərc məbləği
də seçilən misli nisbətinə vurularaq hesablanır.
VĂ–EN:1501570771