topaz
Geriyə
"TFC Super Liqa” Kampaniyası

"TFC Super Liqa” Kampaniyası

Topaz Fan Club-da “TFC Superliqa” Kampaniyası

31 dekabradək xal topla, BMW i5 və 110 000 TPZ-lik mükafat fondundan payını qazan! TPZ bonusları fərqli məbləğlər olmaqla 849 qalib arasında paylanır.

Necə qoşulmaq olar?

Topaz Fan Club mobil tətbiqində “Kampaniyaya qoşul” düyməsinə bas. Xallar yalnız düyməyə basdıqdan sonra yerləşdirdiyin biletlər üçün hesablanır.

Hansı biletlər nəzərə alınır?

• Yekun əmsalı 2.00 və ya daha yüksək olan Ekspress və Sistem biletlər.

• Kampaniya müddətində nəticələnmiş, “uduşlu” və ya “Kuponu sat” statuslu biletlər.

• TPZ ilə oynanılan biletlər nəzərə alınmır.

Xallar necə hesablanır?

Hər uyğun bilet sənə PRO xal qazandırır. Aktivliyin isə ümumi xalına SUPER xal bonusu əlavə edir.

PRO xallar

PRO xal = (Mümkün uduş − Mərc məbləği) × əmsal artırıcısı

 

Əmsal aralığı

Əmsal artırıcısı

2.00 – 5.00

×1

5.01 – 10.00

×2

10.01 – 20.00

×3

20.01 – 50.00

×5

50.01 və yuxarı

×10

Fərq 0 və ya 0-dan az olarsa, xal hesablanmır.

Nümunə 1 – Ekspress bilet:

3 oyunluq bilet, 10 AZN mərc, yekun əmsal 22.00.

(220 − 10) × 5 = 1 050 xal (əmsal 20.01–50.00 aralığındadır).

Nümunə 2 – Sistem bilet:

3 oyunluq 2/3 sistem bilet, ümumi mərc 9 AZN (hər kombinasiyaya 3 AZN). Oyunların əmsalları 5.00, 3.50 və 3.00-dır. 5.00 və 3.50 əmsallı oyunlar uduşlu olur:

Mümkün uduş = 3 × 5.00 × 3.50 = 52.50 AZN

(52.50 − 9) × 3 = 130.5 xal (əmsal 10.01–20.00 aralığındadır).

SUPER xallar

Kampaniya müddətində aktiv günlərinin sayına və gündəlik mərc məbləğinə görə ümumi xalına bonus əlavə olunur.

Aktiv gün – ən azı bir bilet yerləşdirdiyin gündür. Gündəlik mərc məbləği – həmin gün etdiyin bütün mərclərin cəmidir.

 

Aktiv günlər

1 – 50 AZN

51 – 200 AZN

200+ AZN

15 gün

+5%

+7%

+10%

30 gün

+12%

+15%

+20%

45 gün

+22%

+25%

+30%

60 gün

+32%

+40%

+50%

Faizlər ümumi xalına kampaniya bitdikdən sonra əlavə olunacaq.

Mərc məbləği pilləsi necə müəyyən olunur?

Pillən aktiv günlər arasında ən aşağı gündəlik mərc məbləğinə görə müəyyən olunur. Yəni aktiv günlərdən hər hansı birində məbləğ aşağı pillədədirsə, bonus həmin pilləyə görə hesablanır.

• Misal 1: 15 aktiv gün – 10 gün 1–50 AZN, 5 gün 51–200 AZN. Ən aşağı pillə 1–50 AZN olduğu üçün bonus +5% olur.

• Misal 2: 30 aktiv gün – hər gün ən azı 51 AZN. Pillə 51–200 AZN olur, bonus +15%.

Mükafatlar:

Yer

Mükafat

1-ci yer

BMW i5

2-ci yer

30 000 TPZ

3-cü yer

20 000 TPZ

4-cü yer

10 000 TPZ

5-ci yer

5 000 TPZ

6–10-cu yerlər

hər birinə 2 000 TPZ

11–25-ci yerlər

hər birinə 800 TPZ

26–50-ci yerlər

hər birinə 300 TPZ

51–100-cü yerlər

hər birinə 100 TPZ

101–400-cü yerlər

hər birinə 20 TPZ

401–850-ci yerlər

hər birinə 10 TPZ

Ümumi TPZ fondu: 110 000 TPZ

Sıralama

•        Liqa cədvəli biletlər nəticələndikdən sonra ən gec 24 saat ərzində yenilənir.

•        Xallar bərabər olarsa, bu xalı daha az biletlə toplayan iştirakçı önə keçir. Biletlərin sayı da eyni olarsa, ən yüksək əmsalla uduş əldə edən iştirakçı yuxarıda yer alır.

•        Kampaniya müddətində liqa cədvəlində göstərilən sıralama ilkin xarakter daşıyır və PRO xallar əsasında formalaşır. SUPER xallar kampaniya başa çatdıqdan sonra hesablanaraq yekun sıralamaya əlavə edilir. Yekun qaliblər PRO və SUPER xalların cəmi əsasında müəyyən olunur.

 

📌 Kampaniya şərtləri

•        Kampaniya 1 noyabr 2026, saat 00:00-dan 31 dekabr 2026, saat 23:59-dək davam edir.

•        Kampaniya müddətində, 31 dekabr 2026-cı il saat 23:59-dək yerləşdirilmiş və kampaniya bitdikdən sonra 24 saat ərzində nəticələnmiş biletlər də xal hesablanmasında nəzərə alınacaqdır.

•        Kampaniyada yalnız Topaz Fan Club mobil tətbiqində qeydiyyatdan keçmiş və 18 yaşını tamamlamış şəxslər iştirak edə bilər.

•        Hər iştirakçı yalnız bir TFC hesabı ilə iştirak edə bilər. Birdən çox hesab aşkarlanarsa, iştirakçı yarışmadan kənarlaşdırıla və ya mükafatdan məhrum edilə bilər.

•        Operatorun işçiləri və agentləri kampaniyada iştirak edə bilməz.

•        Biletdəki hər hansı oyun təxirə salınarsa və ya digər səbəbdən əmsalı 1 kimi hesablanarsa, biletin “Mümkün uduş” məbləği dəyişə bilər.

•        Texniki xəta, bilet nəticəsinin sonradan dəyişdirilməsi, yanlış hesablaşma və ya digər obyektiv səbəblərdən iştirakçıya xalların səhv hesablandığı müəyyən edildikdə, Operator müvafiq xalları yenidən hesablamaq, düzəliş etmək və əsassız hesablanmış xalları silmək hüququna malikdir. Bu cür düzəlişlər nəticəsində iştirakçıların sıralaması dəyişə bilər.

•        İştirakçının kampaniyadan kənarlaşdırılması və ya mükafat almaq hüququnu itirməsi nəticəsində onun tutduğu yer üzrə mükafat yekun sıralamada ondan sonrakı müvafiq iştirakçıya təqdim edilir.

Mükafatların təqdim edilməsi

• Nəticələr kampaniya bitdikdən sonra 5 iş günü ərzində topaz.az saytında elan olunur.

• Mükafatlar kampaniya bitdikdən sonra 15 iş günü ərzində təqdim edilir.

• Mükafat təqdim edilərkən qalibdən şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Avtomobilin qalibindən TFC hesabına bağlı mobil nömrənin onun adına olduğunu təsdiq edən mobil operator sənədi də tələb oluna bilər.

• Kampaniya bitdikdən sonra 2 ay ərzində götürülməyən və ya imtina edilən mükafat tələb olunmamış sayılır və Operatorda qalır.

• Şirkət qaliblərin adlarını və mükafatlarını açıqlamaq, bu məqsədlə foto və video çəkilişlər etmək hüququna malikdir. Təqdim edilən mükafat pul və ya TPZ bonusu ekvivalenti ilə dəyişdirilə bilməz.

 

ℹ️ Ümumi qeydlər:

• İştirakçı tərəfindən kampaniyanın nəticələrinə qanunsuz və ya qaydalara zidd müdaxilə, digər şəxslərin hesablarından istifadə, texniki xətalardan sui-istifadə və ya saxta məlumat təqdim edilməsi halları müəyyən edildikdə, Operator müvafiq iştirakçının xallarını ləğv etmək və onu kampaniyadan kənarlaşdırmaq hüququna malikdir.

• Topaz Fan Club kampaniya şərtlərini dəyişmək (məsələn, avtomobilin rəngi dəyişə bilər) və ya kampaniyanı istənilən vaxt və istənilən səbəbdən dayandırmaq hüququnu özündə saxlayır. Kampaniya dayandırılarsa, iştirakçılar mükafat tələb edə bilməz.

18 yaşından kiçik şəxslərin idman mərc oyunlarında iştirak etməsi qadağandır!

topaz

VÖEN:1501570771