topaz
Geriyə
TFC Liqa başladı! Yaz, qazan!

TFC Liqa başladı! Yaz, qazan!

TFC liqa, Yaz Qazan!

Kampaniyada iştirak qaydaları:

 Kampaniyada iştirak etmək üçün iştirakçılardan TFC-də 01 oktyabr 2023-cü il tarixdən (saat 00:00:00) 31 dekabr 2023-cü il tarixədək (saat 23:59:59) mərc edərək xal qazanmaları tələb olunur. Xallar 31 dekabr 2023-cü il tarixinədək (saat 23:59:59-a qədər) nəticələnmiş oyunlar (yarışlar) üzrə uduşlu mərc biletləri üçün hesablanacaqdır.


  Kampaniyanın keçirilmə müddəti ərzində bütün uduşlu mərc biletləri üzrə cəmlənmiş xalları ən yüksək olan iştirakçılar qalib hesab olunacaqlar. 


  Mərc edilərkən bilet üzərində əks olunan mümkün uduş məbləği mərc biletinin növündən asılı olaraq nəticələnmiş oyunlar üzrə uduş məbləğindən fərqli olarsa və ya Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 153 saylı Qərarı ilə təsdiq edilmiş “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”na əsasən hər hansı oyun yarış üçün 1,0 əmsal tətbiq edilməli hallarda, Xal həmin mərc bileti üzrə faktiki hesablanmış uduş məbləği ilə yekun mərc məbləği arasındakı fərq kimi hesablanacaqdır.


  İştirakçının TFC-də yalnız bir hesab üzrə Kampaniyada iştirakına icazə verilir. Operator, iştirakçının TFC-də Kampaniyada iştirakına imkan verən birdən çox hesabının olduğunu müəyyən edərsə, həmin iştirakçını Kampaniyadan kənarlaşdırmaq və ya Kampaniyanın keçirilmə müddəti bitdiyi halda, ona hədiyyə verməkdən imtina hüququnu özündə saxlayır.


  Operatorun işçilərinin Hədiyyə kampaniyasında iştirakı qadağandır.


  Kampaniyada “TFC”-də qeydiyyat keçmiş 18 yaşına çatmış şəxslər iştirak edə bilərlər.


Əsas anlayışlar:

Mərc bileti – Bu şərtlərin məqsədi üçün yalnız TFC-də mərc oynamaq üçün nəzərdə tutulmuş və uduşlu olduğu halda uduş məbləğini Operatordan almaq hüququnu təsdiqləyən sənəd. Bütün növ mərc biletləri Hədiyyə kampaniyasında iştirak hüququ verir. 

Mümkün uduş məbləği – Mərc bileti üzrə iştirakçının əldə edə biləcəyi maksimal uduş məbləği.

Yekun mərc məbləği – Mərc bileti üzrə iştirakçının mərc etdiyi yekun məbləğ.

Yekun əmsal – Biletin tərkibindəki əmsalların hasili

Xal – Nəticələnmiş uduşlu mərc bileti üzrə mümkün uduş məbləği və yekun mərc məbləği arasındakı müsbət fərq. Bu fərq sıfır olarsa, xal hesablanmır. Əgər bileti tərkibindəki hansısa oyun təxirə gedərsə və ya hansısa digər səbəbdən əmsal 1 kimi dəyərləndirilərsə bu zaman da biletin üzərindəki “mümkün uduş məbləği” dəyişə bilər

 

Bilet növləri və Xal hesablanma qaydası:

Təkli- Oyunçu 8.20 əmsal ilə 100 AZN mərc edib (Yekun mərc məbləği) və bilet uduşlu olub. Biletin üzərində “mümkün uduş məbləği” və eyni zamanda “uduş məbləği” (Ödəniləcək məbləğ) əks olunur. Bu halda “mümkün uduş məbləği” 820 AZN, “uduş məbləği” isə 798 AZN (vergi çıxıldığı üçün) olaraq əks olunur. Buna müvafiq olaraq, bizim “xal” hesablamamız bu qaydada olacaq: 820 – 100 = 720 xal

Ekspress- Oyunçu 3 mərcdən ibarət bilet oynayıb və 10 AZN mərc edib və bilet uduşlu olub. Biletin tərkibindəki oyunların əmsalı 1.40, 2.50, 4.60-dır və bu zaman Yekun əmsal 16.10 olaraq əks olunur. Bu halda onun topladığı xal “161 – 10” kimi hesablanacaq. Yəni 151 xal.

Sistem- Oyunçu 3 mərcdən ibarət bilet oynayıb, lakin bu bilet “sistem” 2/3 formasında oynayıb və “yekun” mərc məbləği olaraq 3 AZN mərc edib. Biletin tərkibindəki oyunların əmsalı 2.50, 1.50, 4.00. Sistem biletlərdə “yekun əmsal” 0 (sıfır) kimi göstərilir. Bilet oynanıldığı anda biletin üzərindəki “mümkün uduş” məbləği isə 19.75 AZN-dir, oyunlar nəticələndikdən sonra hansı mərc seçimlər uduşlu olarsa, biletin üzərindəki “mümkün uduş məbləği” ona görə dəyişə bilər. Misal üçün, 2.50 və 1.50 əmsalları uduşlu olarsa, 4.00 olan əmsal uduzarsa, o zaman bu biletdəki “mümkün uduş məbləği” 1 AZN x 2.50 x 1.50 kimi hesablanır və 3.75 AZN edir, bu halda oyunçunun qazandığı xal 3.75 – 3 = 0.75 Xal.


Multi-Təkli - Oyunçu 4 mərcdən ibarət bilet oynayıb, lakin bu oyunları 1 biletin içərisində fərqli məbləğlərdə mərc edib. Yekun mərc məbləği olaraq 10 AZN mərc edib. Müvafiq olaraq 1 AZN 5.00 əmsala, 4 AZN 2.00 əmsala, 3 AZN 6.50 əmsala, 2 AZN 4.20 əmsala. Bilet oynanıldığı anda biletin üzərindəki “mümkün uduş məbləği” 40.90 AZN-dir. Oyunlar nəticələndikdən sonra hansı mərc seçimləri uduşlu olarsa, biletin üzərindəki “mümkün uduş məbləğ” ona görə dəyişə bilər. Misal üçün, 5.00 və 6.50 əmsalları uduşlu olarsa, bu halda oyunçunun qazandığı xal (1 x 5.00 + 3 x 6.50) – 10 = 24.50 – 10 = 14.5 xal.


Mükafatlar:

         

S/n

Yer

Hədiyyələrin adı və digər eyniləşdirmə məlumatları

Miqdarı

(ədədlə)

1

1

Mersedes C-klass minik avtomobili

 

1

2

2

Volkswagen ID.6 minik avtomobili

1

3

3

Hyundai Elantra minik avtomobili

1

4

4-6

Kvadrasikl

3

5

7-11

iPhone 15 Pro Max

5

6

12-16

Xaricdə matçı canlı izləmək üçün hədiyyə paketi

5

7

17-19

Moped

3

8

20-24

TV

5

9

25-29

Playstation 5

5

10

30-32

Elektro samokat

3

11

33-37

Notebook-5

5

12

38-42

Ev kinoteatrı

5

13

43-52

JBL Flip 6

10

14

53-62

Xiaomi Redmi Watch

10

15

63-72

Qulaqlıq JBL

10

16

73- 92

TFC-də mərc üçün 500 AZN-lik vauçer

20

17

93-122

TFC-də mərc üçün 200 AZN-lik vauçer

30

18

123- 172

TFC-də mərc üçün 100 AZN-lik vauçer

50

19

173- 272

TFC-də mərc üçün 50 AZN-lik vauçer

100

20

273 -472

TFC-də mərc üçün 25 AZN-lik vauçer

200

 

  Hədiyyə fondu Kampaniyanın keçirilmə müddəti ərzində bütün uduşlu mərc biletləri üzrə cəmlənmiş Xalları ən yüksək olan iştirakçılar arasında göstərilən ardıcıllıqla paylanılacaqdır.


  Kampaniyanın müddəti ərzində eyni sayda Xal toplayan iştirakçılar olarsa, daha az mərc bileti ilə bu Xalı toplamış iştirakçı eyni Xal toplamış digər iştirakçı(lar)dan daha yuxarı sırada yer alacaqdır. Əgər bu cür mərc biletlərinin sayı da eyni olarsa, ən yüksək əmsalla uduş əldə etmiş iştirakçı digər bu cür iştirakçılardan daha yuxarı sırada yer alacaqdır.


 Operator hədiyyə fondunun Kampaniyanın keçirilmə müddəti bitdikdən sonra 15 (on beş) iş günü ərzində qaliblər arasında paylanılmasını təmin edir. 


 Qalib iştirakçı öz hədiyyəsini Kampaniyanın keçirilmə müddəti bitdikdən sonra 2 (iki) ay ərzində götürmədikdə və ya ondan imtina etdikdə, hədiyyə tələb olunmamış hesab edilir və Operatorun mülkiyyətində qalır.

 
  Qaliblərə hədiyyələr təqdim edilərkən onlardan şəxsiyyətini təsdiq edən müvafiq sənəd tələb ediləcəkdir. Operator avtomobillərin qalibi olmuş iştirakçılardan TFC hesabının bağlı olduğu mobil nömrələrin onların adına olmasına dair müvafiq mobil operatordan təsdiqləyici sənədin təqdim edilməsini tələb edə bilər.


Operator reklam məqsədilə Kampaniyanın qaliblərinin adını və hədiyyəsini açıqlamaq və bu məqsədlə foto və video çəkiliş etmək hüququna malikdir.

 Hədiyyə fondu oynanıldıqdan sonra 5 (beş) iş günü ərzində Kampaniyanın nəticələri barədə məlumat Operatorun rəsmi veb səhifəsində (topaz.az) yerləşdiriləcəkdir. 

 

18 yaşından kiçik şəxslərin idman mərc oyunlarında iştirak etməsi qadağandır!

topaz

VÖEN:1501570771