Sual: Vauçer nədir?
Topaz məntəqələrindəki satıcıların pul vəsaiti məbləğini qəbul etdikdən sonra həmin məbləğ dəyərində təqdim etdiyi qəbzdir. Vauçer əldə etdikdən sonra Topaz Fan Club mobil tətbiqində də mərc etmək mümkündür.
Sual: Vauçer kodu nədir?
Vauçer kodu qəbzin üzərindəki "V" hərfi ilə başlayan 13 rəqəmli koddur. Bu 13 rəqəmli kodu daxil edərək balansınızı artıra bilərsiniz. Oyunçu vauçeri yaradıldığı müddətdən 1 (bir) həftə ərzində istifadə edə bilər. Minimum vauçer məbləği 2 AZN, maksimum 50000 AZN ola bilər.
Sual: Vauçeri necə əldə edə bilərəm?
İstənilən Topaz məntəqəsinə yaxınlaşaraq oynamaq istədiyiniz məbləği satıcıya təqdim edərək həmin məbləğdə vauçer əldə edə bilərsiniz. Vauçerin üzərindəki barkodu Topaz Fan Club tətbiqi vasitəsilə skan və ya kodu manual üsulla daxil etməklə balansınızı artıra bilərsiniz. Həmçinin yenilənmiş Topaz Fan Club mobil tətbiqinin son versiyasını yükləyərək vauçeri tətbiq üzərindən almaq da mümkündür.
Sual: Vauçeri qaytara bilərəm?
Oyunçu vauçeri yaradıldığı vaxtdan 5 (beş) dəqiqə ərzində geri qaytarmaqla, vauçeri təqdim etmiş məntəqə satıcısından vauçerin məbləğini geri tələb etmək hüququna malikdir. Mobil tətbiqdə alınmış vauçeri geri qaytarmaq mümkün deyil.
Sual: Topaz Məntəqələrinin TFC Mobil Tətbiqində “Mərc” Etmə Qaydası
1. Tətbiqə daxil olun.
2. Sağ alt hissədə "Vauçer balansını artır" bölməsinə klikləyin.
3. Mərc etmək üçün 2 üsul var. “Vauçeri oxut” və ya “Cüzdan ilə vauçer al” seçimində istifadə edə bilərsiniz.
4. Balansı artırdıqdan sonra “Mərc et” bölməsinə klikləyin.
5. Oyun növlərini seçin.
6. Daha sonra "Mərc et"-i seçərək mərcinizi tamamlaya bilərsiniz.
Sual: Cüzdan Balansı nədir?
“Cüzdan balansı” vauçer almaq üçün TFC mobil tətbiqində yaradılan yeni funksiyadır! Bununla da siz yalnız Topaz məntəqələrində deyil, mobil tətbiqdə də balans artımı edərək tətbiq vasitəsi ilə “vauçer” əldə edə bilərsiniz.
Sual: Mobil Tətbiqdə Cüzdan Balansına Necə Pul Köçürüm?
1. TFC tətbiqinə daxil olun, üst sağdan profilinizə daxil olun. Cüzdan balansınızı artırın. 2. "Pul köçür" bölməsini seçin. 3. Köçürmək istədiyiniz məbləği daxil edib “Davam et” düyməsinə klikləyin (minimum 3 AZN). 4. Kart məlumatlarınızı doldurub ödəniş edin.
Sual: Mobil Tətbiqdə Cüzdan Balansı ilə “Vauçer”i Necə Əldə Edə Bilərəm?
1. Tətbiqə daxil olun. 2. Sağ alt hissədə "Vauçer balansını artır" bölməsinə klikləyin. 3. “Cüzdan ilə vauçer al”-ı seçin. 4. Cüzdan balansında çox olmayan istədiyiniz məbləği qeyd edin (minimum 1 AZN). 5. İstədiyiniz hər hansısa Topaz məntəqəsi kodunu daxil edin və ya "Təsadüfi seç"-i klikləyin. 6. “Vauçeri al”-ı seçdikdən sonra cüzdan balansınızdan çıxarılan məbləğ vauçer olaraq balansınıza köçürüləcək.
Sual: Mobil Tətbiqdə Cüzdan Balansından Necə Pul Götürüm?
1. Cüzdan balansından pul götürmək üçün ilk öncə hesabınız “Təsdiqli” olmalıdır. 2. “Pul götür” düyməsinə klikləyin. 3. Çıxarış etmək istədiyiniz məbləği daxil edin (minimum 5 AZN). 4. Kart məlumatlarınızı doldurun. Qeyd: İstənilən Topaz məntəqəsinə yaxınlaşaraq TFC tətbiqindəki uduşlu biletinizin barkodunu satıcıya təqdim edərək uduşunuzu əldə edə bilərsiniz.
Sual: TFC Mobil Tətbiqində Pul Köçürmə və ya Götürmə Əməliyyatları Zamanı Komissiya Tutulacaqmı?
Cüzdan balansını istənilən bank kartları ilə rahatlıqla artıra bilərsiniz. TFC tərəfindən heç bir komissiya tutulmur. Lakin bank kartları faizlərindən asılı olaraq komissiya tutula bilər. Minimum 3 AZN köçürə bilərsiniz. Minimum 5 AZN götürə bilərsiniz.
Sual: TPZ Nədir?
Topazın TFC mobil tətbiqi üçün təqdim etdiyi Free bet-lər “TPZ” bonusu adlanır. Free betlər doğum günü, dövriyyə, lotereya və kampaniyalarda təqdim edilir.
Sual: TPZ ilə Necə Mərc Etmək Olar?
1. TPZ balansı ilə mərc etmək imkanı verir. 2. Tətbiqə daxil olun, “Mərc et” bölməsinə klikləyin. 3. Oyun növlərini seçin. 4. Alt sağ hissədə yaranan yumru qırmızı əmsal toplusuna klikləyin. 5. Daha sonra "Bonusla mərc et"-i seçərək mərc edə bilərsiniz.
Sual: TPZ Necə İstifadə Edilir?
1. TPZ ilə mərc edilmiş kuponun udulmuş məbləği “Cüzdan balansı”na avtomatik yüklənir. Daha sonra cüzdan balansındakı məbləğ ilə vauçer ala və ya həmin məbləği cüzdandan çıxarış edə bilərsiniz. 2. TPZ balansı ilə mərc etmək üçün heç bir minimum əmsal şərti yoxdur. Qeyd: TPZ balansındakı məbləği “mərc etmədən” nağdlaşdırmaq və ya Cüzdana köçürmək olmur.
Sual: TPZ Necə Hesablanır?
TPZ balansını istədiyiniz əmsala vurub mərc edə bilərsiniz. Lakin nəzərə alın ki, TPZ ilə mərc etdiyiniz zaman uduş bu formada hesablanacaq: Uduş = TPZ məbləği x Əmsal - TPZ məbləği Nümunə: 10 TPZ-ni 3.20 əmsalla mərc etmək istəyirsinizsə, bu zaman uduş belə hesablanacaq: 10 TPZ x 3.20 = 32 AZN və 32 AZN-dən sizin mərc etdiyiniz TPZ məbləği çıxılır, yəni 32 - 10 = 22 AZN sizin uduş olacaq.
Sual: Hesab Təsdiqləmək Üçün Şərt və Qaydalar
1. Üst sağ hissədən hesabınıza daxil olaraq "Hesabı təsdiqlə" bölməsinə daxil olun. 2. Şəxsiyyət vəsiqəsinin ön üz şəklini əlavə edin. 3. Vəsiqə məlumatları və mail ünvanını yazın. 4. “Razıyam və qəbul edirəm” düyməsini seçin. 5. “Göndər” düyməsini klikləyin. 6. Hesab məlumatları 24 saat ərzində yoxlanılır və təsdiq edilir. Qeyd: Şəxsiyyət vəsiqəsi tam aydın şəkildə görünməlidir, vəsiqənin vaxtı keçmiş olmamalıdır, qırılmış formada olmamalıdır. Əks halda hesabınız təsdiq olunmayacaq. 1 hesab = 1 nömrə. 1 şəxsiyyət vəsiqəsi sadəcə 1 dəfə qeydiyyatdan keçə bilər, növbəti göndərilən bütün hesablar imtina olunacaq.
Sual: Hesab Hansı Hallarda Təsdiqlənmir?
1. Vəsiqənin şəkli daxil edilmədikdə.
2. Bir müştəri bir neçə fərqli nömrədən istifadə etdikdə.
3. Bir nömrə bir neçə hesaba aid olduqda.
4. Daha öncə təsdiqlənmiş hesabı olduqda.
5. Fərqli şəxsin vəsiqəsi göndərildikdə.
6. Vəsiqənin şəkli düzgün göndərilmədikdə (vəsiqənin ekran görüntüsü, nüsxəsi olduğu halda və ya oxunmursa).
7. Şəxsiyyət vəsiqəsi etibarlı olmadıqda.
8. Bir neçə müştəri eyni mail ünvanından istifadə edirsə və eyni şəxsin hesabı işlətməsi ilə bağlı təsdiq varsa.
9. Azərbaycan vətəndaşı olmayan və müvəqqəti yaşayış icazəsinin şəklini daxil etmədikdə.
10. Profildə qeyd olunan ad-soyadla daxil edilən vəsiqənin ad-soyadı eyni olsa belə, hesabın sahibinin fərqli şəxs olması ilə bağlı konkret əsaslar olduğu hallarda “Hesab təsdiqlənməsi” rədd edilir.
Sual: Hesab Tarixçəsini İzləmək Mümkündürmü?
TFC mobil tətbiqinin menyu bölməsində Profil məlumatları, Bonus detalları, Vauçer tarixçəsi və Cüzdan tarixçəsi detallarını izləmək mümkündür.
Sual: Dəstək Kanalları Mövcuddurmu?
TFC mobil tətbiqinin menyu bölməsində istənilən çətinliyinizə kömək olacaq “Dəstək” kanallarımızı görə bilərsiniz.
VÖEN:1501570771