• Mobil tətbiq ilə hal-hazırda yalnız “Kiber İdman” və “Tazı Yarışı” biletləri skan edilə və əldə edilən balans ilə “Kiber İdman” və “Tazı Yarışı” biletləri oynana bilər. Gələcəkdə digər idman mərc oyunları üçün də Mobil tətbiq vasitəsilə balansınızdan istifadə edə biləcəksiniz.
  • Mobil tətbiq vasitəsilə skan edilən bilet uduşlu deyildirsə, bilet məbləğinin 1%-ə qədər balans qazanacaqsınız. Məsələn: 100 AZN dəyərində bir uduşlu olmayan bilet dəyərində 1 AZN – ə qədər balans qazana bilərsiniz.
  • Mobil tətbiq vasitəsilə skan edilən bilet uduşludursa, biletin uduş məbləği qədər xal qazanacaqsınız.
  • Ləğv edilmiş və ya geri ödənilmiş biletlər üçün balans və ya xal verilməyəcəkdir.
  • Biletinizi skan etdikdən sonra ən azı 2 gün gözləməlisiniz. Bu müddət ərzində biletiniz dəyərləndiriləcəkdir. Biletiniz 2 gün sonra hələ də gözləmə statusunda qalarsa, 926 qaynar xətt ilə əlaqə saxlayaraq biletinizin emal vəziyyətini öyrənə bilərsiz.
  • Qazanılan xallara görə verilən səviyyələr:
    • Usta : 500.000+ xal
    • Ekspert : 50.000 – 499.999 xal
    • Təcrübəli : 5.000 – 49.999 xal
    • Qismən təcrübəli : 500 – 4.999 xal
    • Yeni başlayan : 0 – 499 xal
  • Balansınızdan istifadə etmək üçün Mobil tətbiqin ana səhifəsindəki “Balansdan istifadə et” düyməsinə basdıqdan sonra çıxan ekranda istifadə etmək istədiyiniz məbləği daxil etməlisiniz. Gələn kodu mərc etmək istədiyiniz “Topaz” məntəqəsi əməkdaşına təqdim etməklə həmin dəyərdə kupon oynaya bilərsiniz. Bu halda kodun təqdim edildiyi “Topaz” məntəqəsinin müvafiq proqram təminatında balansına Sizin balansınızdan istifadə etdiyiniz məbləğ həcmində pul vəsaiti əlavə edilir. Kod yaradıldıqdan sonra 1 saat ərzində istifadə oluna bilər.
  • “Topaz Fan Club” mobil tətbiqinin istifadə qaydaları “Topaz Fan Club” mobil tətbiqinin istifadə şərtlərinin tərkib hissəsidir və Mobil tətbiqdən istifadə edərkən Sizdən həmin şərtlərə əməl etməyiniz tələb olunur.